advertiselogin privacy policy
Press Relizlər Xidmətlər Əlaqə
   

02.05.2007 [07:34]
Yeni
musavat qəzeti
“ÖLKƏ HƏYATI MƏTBUATSIZ OLA BİLMƏZ”

Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyası Eynulla Fətullayevlə bağlı İlham Əliyevə müraciət edib

“ÖLKƏ HƏYATI MƏTBUATSIZ OLA BİLMƏZ”
Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyası Eynulla Fətullayevlə bağlı İlham Əliyevə müraciət edib

Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyası (VCDK) son zamanlar mətbuata artan təzyiqlərlə bağlı narahatlıq bildirən bəyanat yayıb. Bəyanatda deyilir: “Jurnalistlər cəmiyyətin güzgüsüdür və ölkə ilə bağlı məsələlərin qabardılmasında əhəmiyyətli rol oynayırlar. Vətəndaş cəmiyyəti və digər təbəqələrin nümayəndələri mətbuatsız keçinə bilməz.
Tənqidi yanaşma tərzinə malik və cəmiyyətin problemlərini araşdırıb üzə çıxaran jurnalistlərə Azərbaycanın böyük ehtiyacı var. VCDK hesab edir ki, jurnalistlər yazdıqları fikirlərinə görə, təzyiqə və həbsə məruz qalmamalıdırlar. Bu ölkəmizin beynəlxalq  imicinə ziyan vurmaqdadır”.
VCDK “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbsindən narahatlığını ifadə edib və onun azad olunması üçün ölkə başçısına müraciət edib.

Xəbər xidməti

flowers