advertiselogin privacy policy
Press Relizlər Xidmətlər Əlaqə
   

Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasi (VCDK)
Eynulla Fətullayevi müdafiə edir


http://mirzexezerinsesi.net/articles/2007/04/30/
vetendash-cemiyyetine-destek-koalisiyasi-vcdk
-eynulla-fetullayevi-mudafie-edir


Mirzə Xəzər 30 Apr 2007

27 Aprel 2007 Bakı şəhəri

BƏYANAT

Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasi (VCDK) son zamanlar mətbuata olan təzyiqlərlə bağlı narahatlığını bildirir. VCDK, eyni zamanda, mətbuat orqanlarının və nümayəndələrinin bəzən düzgün və obyektiv fikir yazmadıqlarının da fərqindədir. Amma, bir məsələni vurğulamaq istəyirik ki, jurnalistlər cəmiyyətin
güzgüsüdür və ölkə ilə bağlı məsələlərin qabardılmasında və işıqlandırılmasında əhəmiyyətli rol oynayırlar.
Biz vətəndaş cəmiyyətinin və əlbəttə, digər təbəqələrinin də nümayəndələri mətbuatsız keçinə bilmərik. Tənqidi yanaşma tərzinə malik və cəmiyyətin problemlərini araşdırıb üzə
çıxaran jurnalistlərə Azərbaycanın böyük ehtiyacı var. VCDK hesab edir ki, jurnalistlər yazdıqları fikirlərinə görə təzyiqə və həbsə məruz qalmamalıdırlar. Bu ölkəmizin beynəlxalq
imicinə ziyan vurmaqdadır. Fəxrlə qeyd etmək lazımdır ki, ölkəmiz xarici siyasət sahəsində böyük uğurlar qazanmaqdadır. Lakin bu uğurların fonunda jurnalistlərin həbsi və təzyiqə məruz qalması heç də birmənalı qarşılana biməz. Üstəlik, məhkəmə sistemində baş verən çatışmazlıqlar, qərəzli hökmlər və hakimlərin qeyri-professionallığı da ölkəmizə qarşı mənfi rəy formalaşdırmaqdadır. Biz VCDK olaraq “Gündəlik Azərbaycan” və “Realniy Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbsindən narahatlığımızı ifadə edir və onun azad
olunması üçün xoş niyyətlə ölkə prezidentinə müraciət edirik. Hesab edirik ki, baş redaktorun azad olunması çox humanist bir addım olacaq və cəmiyyət tərəfindən də çox müsbət qarşılanacaqdır. Sonda ölkə prezidentinin Eynulla Fətullayevin azad olunmasına humanist yanaşacağını düşünür və baş redaktoru əhv edəcəyinə inandığımızı bəyan edirik.

flowers