advertiselogin privacy policy
Press Relizlər Xidmətlər Əlaqə
   

28 Aprel 2007-cı il N 74(2424)

http://www.525ci.com/aze/2007/04/28/read=68

"Bu koalisiya şəxsi maraqlara xidmət etmək üçün yaradılmayıb"

RAZİ NURULLAYEV: "VƏTƏNDAŞ CƏMİYYƏTİNƏ DƏSTƏK KOALİSİYASININ ƏSAS MİSSİYASI ƏHALİNİN VƏTƏNDAŞ CƏMİYYƏTİ QURUCULUĞU PROSESİNDƏ İŞTİRAKINA YARDIM ETMƏKDİR"

Bu ilin mart ayında 38 qeyri-hökumət təşkilatının (QHT) iştirakı ilə yaradılan Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının bu gün artıq 45 üzvü var.
Koalisiyanın icraçı katibi Razi Nurullayevin sözlərinə görə, 30-a qədər təşkilat koalisiyaya üzv olmaq üçün ərizə ilə müraciət edib: "Bu təşkilatların əksəriyyəti regionları təmsil edir. Cari il ərzində koalisiyaya qoşulan təşkilatların sayının 150-ni ötəcəyi gözlənilir. Koalisiyanın əsas missiyası ölkə əhalisinin vətəndaş cəmiyyətinin quruculuğu prosesində iştirakının təmin edilməsidir. "Biz koalisiyanın ilk yığıncağında üzvlərin qəbul etdiyi 4 istiqamət üzrə işimizi qurmağı planlaşdırmışıq. Bunlar vətəndaş cəmiyyətinin inkişafı, demokratikləşmə, ictimai siyasət və regional inteqrasiyadır. Hazırda 9 nəfərdən ibarət şura seçilib. Şura üzvləri hər həftə bir araya gəlməklə müəyyən səndlər qəbul edirlər. Biz artıq ilkin olaraq 2007-2010-cu illər üçün 7 bəndən ibarət strateji vəzifələrimizi qəbul etmişik".
R.Nurullayev bildirib ki, koalisiya üzvləri çalışırlar ki, hökumətlə vətəndaşlar arasında narazılıqlar aradan götürülsün: "İstəyirik ki, həm bizim beynəlxalq təşkilatlara verdiyimiz informasiyalar obyektiv olsun, həm də dövlət yetkililəri vətəndaş cəmiyyəti institutları ilə müəyyən məsələlərin həllində birgə işçi qrupları yaratsınlar və bu işçi qrupları çərçivəsində problemllərin həllində onlar birgə iştirak etsinlər. Söz yox ki, müxalifətlə iqtidar arasında dialoq baş tutmur. Amma bunun əksinə, bizim təklif etidiyimiz dialoq birbaşa vətəndaş cəmiyyəti ilə hökumət arasında həyata keçiriləcək. Həyata keçirməyə çalışdığımız digər bir məsələ isə demokratik seçkilərlə bağlıdır. Bu məqsədlə ekspert qurupu və burada seçki konsaltinq mərkəzi yaratmağı düşünürük".
Həmsöhbətimiz hesab edir ki, vətəndaş cəmiyyətinin inkişafı üçün vətəndaş cəmiyyəti institutları ilə hökumət arasında dialoqun yaradılması çox vacib məsələdir: "Biz bu məsələ ilə bağlı ayrı-ayrı hökumət strukturlarına göndərdiyimiz müraciətin cavabını gözəliyirik. Fikrimcə, cavab müsbət olacaq. Çünki artıq hökumət də başa düşür ki, belə bir dialoq lazımdır. Müxalifətə gəldikdə isə, bizim üçün siyasi mənsubiyyətin heç bir əhəmiyyəti yoxdur. Koalisiyanın işinin təşkilində müxalifət partiyalırının heç bir rolu olmayıb. Bu, birbaşa vətəndaş cəmiyyətinin inkişafında maraqlı olan QHT-lərin birliyidir". Koalisiyanın gördüyü işlərə gəlincə,
R.Nurullayev hazırda vətəndaş cəmiyyətinin indiki durumu ilə bağlı hesabat hazırladıqlarını deyib: "Bu hesabat hökumət strukturları ilə yanaşı, bir sıra beynəlxalq təşkilalatlara da göndəriləcək". Koalisiyanın regional mərkəzə çevirilməsinə çalışdıqlarını söyləyən həmsöhbətimizə görə, qurumun regional koalisiyaya çevirilməsi Avropaya inteqrasiya prosesinə töhfə verə bilər: "Əgər hökumətlə dialoqa nail olsaq, bunun özü bir uğurdur. Çünki elə problemlər var ki, onları koalisiya yalnız hökumətin köməyi ilə həll edə bilər. Bizim üzərinə gedəcəyimiz məsələlər birbaşa cəmiyyəti maraqlandıran və cəmiyyətin xeyrinə olan məsələlər olduğundan insanların bizə dəstək verəcəyi şübhəsizdir. Koalisiya ayrı-ayrı şəxslərin şəxsi maraqlarına xidmət etmək üçün yaradılmayıb. Bu, yalnız vətəndaşların maraqlarını ifadə edən bir koalisiyadır". Maliyyə məsələsinə gəlincə, R.Nurullayev bildirib ki, koalisiya hələlik konkret olaraq hansısa bir təşkilatdan maliyyə yardımı almır. Amma bu istiqamətdə müxtəlif müzakirələr aparılır.

AQİL

flowers